Biznesinizi inkişaf etdirən rəqəmsal məhsullar qururuq
Fortech peşəkar veb platformalar, e-kommersiya mağazaları və korporativ veb tətbiqlər hazırlayır — ideyadan buraxılışa qədər keyfiyyət və nəticəyə fokuslanırıq.
Tərəfdaşlarımız
Bizə etibar edən brendlər
Xidmətlərimiz
Nə Təklif Edirik?
Veb platformalardan e-kommersiyaya qədər — biznesiniz üçün rəqəmsal həllər.
E-Kommersiya Həlləri
Məhsul kataloqu, sifariş idarəetməsi və rahat alış-veriş təcrübəsi ilə biznesinizi onlayn satışa daşıyan tam funksional internet mağazalar.
Nümunə layihə
Məhsul kataloqu
Kateqoriyalar üzrə strukturlaşdırılmış naviqasiya və axtarış.
Mobil uyğunluq
Telefon, planşet və kompüterdə eyni rahat təcrübə.
SEO optimallaşdırması
Google-da brend və məhsulların asan tapılması.
Güclü backend
Django ilə etibarlı məhsul və sifariş idarəetməsi.
Tergan.az
TERGAN Azərbaycan
1972-ci ildən fəaliyyət göstərən TERGAN brendi üçün tam funksional e-kommersiya platforması hazırladıq. Çanta, cüzdan, aksesuar və hədiyyəlik kolleksiyalar qadın və kişi seqmentləri üzrə təqdim olunur — premium brend imicinə uyğun zərif alış-veriş təcrübəsi yaradıldı.
Layihənin nəticələri
- Brendin onlayn satış kanalının açılması
- Peşəkar və premium vizual təqdimat
- Müştəri komandası üçün asan idarəetmə paneli
- Yeni kolleksiyalar üçün genişlənə bilən struktur
Texnologiyalar
Korporativ web sayt
Brendinizin rəqəmsal imicini gücləndirən, sürətli və SEO uyğun korporativ veb saytlar.
Nümunə layihə
Xidmət kataloqu
NDT, DT, sertifikatlaşdırma və qaynaq xidmətləri üzrə detallı struktur.
Layihə portfolio-su
SOCAR, boru xətləri, gəmiqayırma və infrastruktur layihələrinin təqdimatı.
Çoxdilli dəstək
Azərbaycan, ingilis və rus dillərində tam funksional interfeys.
Korporativ imic
Sənaye sektoruna uyğun peşəkar və etibarlı vizual dizayn.
CNCO.az
CN Group — Quality Control Technologies
1959-cu ildən fəaliyyət göstərən CN Group üçün keyfiyyət nəzarəti və sənaye inspeksiyası xidmətlərini təqdim edən korporativ veb platforma hazırladıq. Saytda NDТ testləri, sertifikatlaşdırma, qaynaq texnologiyaları və layihə portfolio-su 5 ölkədə fəaliyyət göstərən şirkətin peşəkar imicinə uyğun strukturlaşdırılıb.
Layihənin nəticələri
- Şirkət xidmətlərinin aydın və strukturlaşdırılmış təqdimatı
- Layihə portfolio-su ilə beynəlxalq etibarın artması
- Çoxdilli interfeys ilə geniş auditoriyaya çıxış
- SEO optimallaşdırması ilə onlayn görünürlüyün güclənməsi
Texnologiyalar
Korporativ Veb Tətbiqlər
Sənəd idarəetməsi, biznes proseslərinin avtomatlaşdırılması və rol əsaslı giriş ilə korporativ veb tətbiqlər.
Nümunə layihə
DocType sistemi
Sənəd növləri, dinamik sütunlar və button order ilə sıralama.
Sənəd idarəetməsi
Yaratma, redaktə, silmə, fayl yükləmə və status izləmə.
İcazə sistemi
Custom user modeli və sənəd növlərinə görə giriş hüquqları.
Bildirişlər
Status dəyişiklikləri və vaxtı bitən sənədlər üçün xəbərdarlıq.
Sənəd İdarəetmə Sistemi
Müxtəlif növ sənədlərin yaradılması, redaktəsi, arxivləşdirilməsi və izlənməsi üçün Django-da hazırlanmış tam funksional veb tətbiq. Hər sənəd növü üçün dinamik sütunlar, fayl yükləmə/endirmə, status izləmə və sənəd növlərinə əsaslanan icazə sistemi ilə korporativ sənəd axınlarını tam idarə edir.
Layihənin nəticələri
- Korporativ sənədlərin mərkəzləşdirilmiş idarə edilməsi
- Dinamik struktur ilə fərqli sənəd növlərinə uyğunlaşma
- Real-time axtarış və filtrasiya ilə operativ iş axını
- Rol əsaslı təhlükəsizlik və profil idarəetməsi
Texnologiyalar
Əlaqə
Gələcəyi Birlikdə Quraq
Rəqəmsal layihəniz üçün bizimlə əlaqə saxlayın — 24 saat ərzində cavab veririk.
Layihənizi danışaq
E-kommersiya, korporativ sayt və ya veb tətbiq — hansı həll sizə lazımdırsa, komandamız sizə uyğun texniki yanaşma təklif edəcək.
Mesaj göndərin
Formu doldurun, sizinlə əlaqə saxlayaq.